Gürcüstan valyutası rekord həddə ucuzlaşıb

Gürcüstan valyutası rekord həddə ucuzlaşıb
  • Clock-gray 13:53
  • calendar-gray 09 İyul 2019

Gürcüstanın milli valyutası olan lari rekord həddə ucuzlaşıb.

APA-nın yerli bürosu xəbər verir ki, gün ərzində aparılan əməliyyatlar zamanı lari dollar qarşısında 7 tetri ucuzlaşıb. Hazırda valyuta mübadiləsi məntəqələrində 1 dolların alışı 2,92 lari, satışı isə 2,95 lari təşkil edir. Kommersiya banklarında əməliyyatlarda isə 1 dolların satışı 2,90 lari, alışı isə 2,83 laridir.

Qeyd edək ki, ötən gün Gürcüstan Milli Bankı rəsmi valyutasının dollara qarşı məzənnəsini 2,8320 lari səviyyəsində müəyyən edib.

Yeni məzənnə bu gün saat 17:00-da elan ediləcək.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date