Gürcüstanda avtomobil ehtiyat hissələri bazarında tətil elan edilib

Gürcüstanda avtomobil ehtiyat hissələri bazarında tətil elan edilib
# 08 noyabr 2019 12:05 (UTC +04:00)

Tbilisidə avtomobil ehtiyat hissələrinin satıldığı İsani bazarının satıcıları tətilə başlayıblar.

APA-nın yerli bürosu xəbər verir ki, etirazçılar icarəyə götürdükləri obyektlərin aylıq ödənişinin lari ilə ödənilməsini və məbləğin azaldılmasını tələb edirlər. Satıcılar ölkədə dolların bahalaşmasının onları çətin vəziyyət qarşısında qoyduğunu bildiriblər.

Tətilin bazar rəhbərliyinin tələbləri qəbul edənədək davam etdirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR