Gürcüstanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

Gürcüstanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
# 05 iyun 2019 16:04 (UTC +04:00)

Gürcüstanda moped və yüngül quadrosikl (ATV) idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bununla yol hərəkəti qaydalarına düzəliş Gürcüstan parlamentində müzakirə edilib.

İyulun 1-dən isə sürücülük vəsiqəsinin verilməsi qaydaları dəyişdiriləcək.

Belə ki, artıq imtahanın praktik hissəsi iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə namizəd qapalı sahədə avtomobil idarə edəcək. Bu mərhələdən uğurla keçən namizədlər şəhər içində, real yol şəraitində sürücülük imtahanı verəcək. Yalnız hər iki mərhələdə uğur qazanan sürücülərə vəsiqə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR