Gürcüstanda münaqişə zonalarında sülh təşəbbüslərinin dəstəklənməsi üçün fond yaradılır

Gürcüstanda münaqişə zonalarında sülh təşəbbüslərinin dəstəklənməsi üçün fond yaradılır
# 03 iyun 2019 11:51 (UTC +04:00)

Gürcüstan beynəlxalq tərəfdaşları ilə birlikdə sülh təşəbbüslərini dəstəkləyəcək ikinci müstəqil fondun yaradılmasına çalışır. ONA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentinə illik hesabat verən Baş nazir Mamuka Baxtadze belə deyib. Bildirib ki, layihə müzakirə üçün parlamentin bu günkü iclasında təqdim edilib.

“Fondun yaradılması çox önəmlidir. O bölünmüş cəmiyyətlər arasında inamın bərpasını və dialoqu təşviq edəcək. Xüsusilə də bu, Abxaziya və Tsxinvali regionunda sülh təşəbbüslərinin dəstəklənməsi baxımından önəmlidir. Fond həm də müxtəlif biznes layihələrinin dəstəklənməsinə xidmət edəcək”,- deyə baş nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR