İstanbulda saxta pasport hazırlayan şəbəkə üzvləri həbs olunub 

İstanbulda saxta pasport hazırlayan şəbəkə üzvləri həbs olunub 
# 27 iyul 2019 12:13 (UTC +04:00)

İstanbul Baş Prokurorluğunda saxta şəxsiyyət vəsiqəsi və pasport hazırlayan və istifadə edən şəbəkə haqqında aparılan araşdırma nəticəsində 82 nəfər saxlanılıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, dünəndən etibarən İstanbulun 11 rayonunda eyni zamanda əməliyyat tədbirlərinə başlanılıb. Saxlanılanlar arasında Notariat Qetdiyyat Baş idarələrinin müdirləri olmaqla vəzifəli şəxslər də var. Eləcə də başqa ölkə vətəndaşlarına saxta kimliklər hazırlanmasında vasitəçi olan, ikili vətəndaşlığa mənsub şəxslərin pasportlarındakı barmaq izləri və şəkilləri dəyişdirməkdə peşəkarlaşmış saxta şirkət mənsubları da həbs olunub.

Şəbəkə daha çox FETÖ terror təşkilatına və adları digər terror təşkilatlarının siyahısında olanlara xidmətdə təqsirləndirlir.

Axtarış əməliyyatları nəticəsində haqqında həbs qərarı verilən, dövlətdən gizlənən, saxta pasportla ölkədən qaçmaq istəyən terrorçular da həbs edilib.

Qeyd edək ki, 500 nəfərlik heyətin iştirakı ilə aparılan mübarizə tədbirlərində 161 şübhəli haqqında saxlanma qərarı verilib, onlardan 72-nin axtarışları davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR