İtaliyada neft emalı zavodunda yanğın olub

 İtaliyada neft emalı zavodunda yanğın olub
# 17 sentyabr 2019 11:31 (UTC +04:00)

İtaliyanın şimalında “Eni” neft-qaz şirkətinin neft emalı zavodunda partlayışla müşayiət olunan yanğın baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Sannadzaro de Burqundi şəhər administrasiyası məlumat yayıb.

Bildirilib ki, hadisə səhər saatlarında qeydə alınıb. Vəziyyət nəzarət altındadır, xəsarət alanlar yoxdur.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin baş vermə səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR