Məhkəmə Saakaşvilinin partiyasının Rada seçkilərində iştirakına icazə verib

Məhkəmə Saakaşvilinin partiyasının Rada seçkilərində iştirakına icazə verib
# 29 iyun 2019 11:13 (UTC +04:00)

Ukrayna Ali Məhkəməsi Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin partiyasının Ukrayna Radasına seçkilərdə iştirakına icazə verib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə M. Saakaşvili özünün “Facebook” səhifəsində qeyd edib.

"Biz məhkəmədə qalib gəldik və seçkilərdə iştirak edəcəyik",-deyə M.Saakaşvili bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Ukrayna MSK M.Saakaşvilinin "Yeni Qüvvələr Hərəkatı" partiyasının bəzi üzvlərinin səhv məlumat verməsi səbəbi ilə seçkilərdə iştirakına icazə verməyib. Lakin MSK-nın qərarını Kiyev məhkəməsi ləğv edib. Məhkəmənin qərarından apelyasiya şikayəti verən MSK-ya Ukrayna Ali Məhkəməsindən də neqativ cavab gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR