Mətbuat katibi: “Xarici jurnalistin yanlışlığından Ərdoğanın fikri təhrif olunub”

Mətbuat katibi: “Xarici jurnalistin yanlışlığından Ərdoğanın fikri təhrif olunub”
# 16 oktyabr 2019 22:45 (UTC +04:00)

“Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Mayk Penslə bu gün görüşməyəcəyini bildirmişdi. Sabah isə onun Prezidentimizlə və Xarici İşlər naziri ilə ayrı-ayrılıqda görüş nəzərdə tutulub”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə prezidentin mətbuat katibi İbrahim Qalın jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O deyib ki, xarici jurnalistin yanlış anlaması üzündən prezidentin fikri thrif olunub: “Belə məlumatlar yayılıb ki, Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşmək istəmir. Sonradan bu məsələyə aydınlıq gətirildi. ABŞ-dan gələn heyətin bu gün mənimlə görüşləri oldu. Gündəmdə olan Suriya mövzusu ətrafında müzakirələr və fikir mübadilələri apardıq. Müdafiə nazirimizlə də ayrıca görüşlər olacaq”.

Prezidentin sözcüsü deyib ki, “Barış bulağı” hərəkatını ləkələməyə çalışanlar çox əsəbi və gülməli vəziyyətdədirlər. “Barış bulağı” hədəfinə çatana qədər davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR