Mövlud Çavuşoğlu: “Türkiyə “S-400”ləri ehtiyatda saxlamalıdır”

Mövlud Çavuşoğlu: “Türkiyə “S-400”ləri ehtiyatda saxlamalıdır”
# 04 iyul 2019 12:02 (UTC +04:00)

“Türkiyənin ABŞ-dan “Patriot” müdafiə raketlərini ala bilməməsində bütün məsuliyyəti keçmiş prezident Barak Obamanın üzərinə qoyulması doğru olmaz. Çünki Donald Tramp prezident olduqdan sonra 2 il ərzində “Patriot”larla bağlı müraciətlərimiz cavabsız qaldı”.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu deyib.

Nazir Donald Trampın “G20” Sammitində Türkiyənin “Patriot”ları əldə edə bilmədiyi üçün Rusiyadan “S-400” Zenit-raket kompleksi almağa məcbur olduğuna dair açıqlamasını yüksək qiymətləndirdiklərini vurğulayıb: “Trampın mətbuat konfransında da bu məsələni ayrıca vurğulaması önəmli idi. Düzdür, hər şey Trampın dediyi kimi olmayacaq. Türkiyə təmkinlidir və prosesləri təqib edir”.

Mövlud Çavuşoğlu Türkiyənin “S-400”ləri istifadə etməyəcəyinə dair səslənən fikirlərə də münasibət bildirib: “Bu, hücum sistemi deyil, müdafiə sistemidir. Ona görə kompleksi ehtiyatda saxlamaq lazımdır. Nə zaman Türkiyə üçün təhlükə yaranacaqsa, o zaman istifadə ediləcək. Bu qədər vəsait ödənib deyə, boş yerə istifadə olunmamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR