NATO Baş katibinin müavini Gürcüstana səfər edəcək

NATO Baş katibinin müavini Gürcüstana səfər edəcək
# 02 oktyabr 2019 11:52 (UTC +04:00)

Gürcüstan hökumətinin dəvəti ilə oktyabrın 3-4-də NATO nümayəndə heyəti Gürcüstana səfər edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinə 29 üzv ölkənin daimi nümayəndələri və NATO Baş katibinin müavini Rouz Qotemöller (Rose Gottmoyler) daxildir.

Səfər çərçivəsində NATO - Gürcüstan Komissiyasının görüşü təşkil ediləcək.

NATO Baş katibinin müavini R. Qotemollerin Gürcüstan Prezidenti, Baş Nazir, parlamentin sədri və digər hökumət nümayəndələri ilə ikitərəfli görüşləri planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR