Ərdoğan: “Bir daha təkrar edirəm, Makronun zehni baxımdan müalicəyə ehtiyacı var”

Ərdoğan: “Bir daha təkrar edirəm, Makronun zehni baxımdan müalicəyə ehtiyacı var”
# 26 oktyabr 2020 16:30 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Emmanuel Makronun müsəlmanlara qarşı nifrət kampaniyasına “dur” deməlidir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məhəmməd peyğəmbərin mövludu həftəsinin açılışında çıxışı zamanı bildirib.

Emmanuel Makronun xoşuna gəlməsə də, bir daha təkrar edirəm, Fransa liderinin zehni baxımdan müalicəyə ehtiyacı var. Avropa İttifaqı ona “dur” deməlidir”, - deyə Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti vurğulayıb ki, bu gün bir çox Qərb dövlətlərində müsəlmanlara qarşı haqsızlıqlar adi hala çevrilib: “Siz sözün əsl mənasında faşistsiniz, siz sözün əsl mənasında nasizm zəncirinin halqalarısınız. Şüurlu şəkildə və qəsdən avropalı müsəlmanları şiddətdən qidalanan quruluşların ağuşuna atırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR