Ərdoğan Co Baydeni ABŞ-da prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib

Ərdoğan Co Baydeni ABŞ-da prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib
# 11 noyabr 2020 06:17 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da keçirilən prezident seçkilərində əldə etdiyi qələbəsinə görə Respublikaçılar Partiyasından olan namizəd Cozef Baydenə məktub göndərib və onu qələbə münasibətilə təbrik edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının yaydığı açıqlamada qeyd olunub.

“Siz vitse-prezident vəzifəsində işlədiyiniz vaxtlarda dəfələrlə müzakirə etdiyimiz kimi, Türkiyə ilə ABŞ arasındakı münasibətlər köklü təməllərə söykənən strateji bir münasibətdir. Bu gün qlobal və regional səviyyədə qarşılaşdığımız çətinliklər ortaq maraqlara və dəyərlərə söykənən münasibətləri daha da inkişaf etdirməyimizi və gücləndirməyimizi tələb edir”, - Türkiyə liderinin dəftərxanası tərəfindən yayılan məktubda belə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR