Strasburqda Avropa Şurasının 70 illiyinə həsr olunmuş mərasim keçirilib

Strasburqda Avropa Şurasının 70 illiyinə həsr olunmuş mərasim keçirilib
# 01 oktyabr 2019 18:48 (UTC +04:00)

Avropa Şurasının yaranmasının 70 illiyi münasibətilə Strasburq Opera Evində tədbir keçirilib.

APA-nın Avropa bürosunun verdiyi xəbərə görə, tədbirdə Fransa Prezidenti Emmanuel Makron, AŞPA-nın Prezidenti Lilian Mauri Paskie, AŞPA-nın yeni Baş katibi Mariya Peyçinoviç-Buriç və digər qonaqlar iştirak ediblər.

Tədbirdə gənclər üçün keçirilən inşa və foto müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub. İnşa müsabiqəsində mükafatlandırılanlar sırasında Azərbaycandan Vahid Əsəd də olub.

Daha sonra çıxış edən Fransa Prezidenti E.Makron Avropa Şurasının tarixindən danışıb. O, AŞ-nin yaranmasının qitədəki sülhün və əmin-amanlığın, fundamental dəyərlərin qorunmasındakı əhəmiyyətinə toxunub.

AŞPA Prezidenti Lilian Mauri Paskie AŞ-nin bütün avropalıları bir ailə olaraq birləşdirdiyini deyib, sülhün önəmindən bəhs edib.

Daha sonra Strasburq Filarmoniya Orkestri konsert proqramı ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR