Tbilisidə keçirilən aksiya davam edir - FOTO - YENİLƏNİB

Tbilisidə keçirilən aksiya davam edir - FOTO - YENİLƏNİB
# 22 iyun 2019 21:41 (UTC +04:00)

Tbilisidə parlament binasının qarşısında keçirilən mitinq davam edir.

APA-nın yerli bürosu xəbər verir ki, iştirakçılar paytaxtın mərkəzi Rustaveli prospektini bağlayıblar.

Nümayişdə kiçik insident də yaşanıb. Provokasiya yaratmağa çalışdığı bildirilən nümayişçi ərazidən uzaqlaşdırılıb. Bundan başqa bəzi müxalifət liderlərinin mitinq keçirilın əraziyə gəlməsi iştirakçılar arasında narazılıq yaradıb. Bəzi iştirakçılar etiraz əlaməti olaraq mitinqi tərk ediblər.

Qeyd edək ki, mitinqdə iyunun 20-də həbs edilən nümayişçilərin azad edilməsi, Daxili İşlər naziri Georgi Qaxariyanın istefası və mitinq iştirakçılarına atəş açan polislərin cəzalandırılması, eləcə də proporsional parlament seçkilərinin keçirilməsi tələb olunur.

Bu gün Tbilisi ilə yanaşı Gürcüstanın Batumi və Kutaisi şəhərlərində də aksiya keçirilib.

****

20:12

Tbilisidə parlament binasının qarşısında yenidən mitinq keçirilir.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, mitinqin keçirildiyi əraziyə müxalifət partiyalarının liderləri də gəliblər.

Mitinq iştirakçıları iyunun 20-də keçirilən aksiyada həbs edilənlərin azad edilmələrini, daxili işlər naziri Giorgi Qaxariyanın istefasını və proporsional parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Mitinqin keçirildiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də təcili tibbi yardım maşınları cəmlənib.

İştirakçılar həbsdə olan nümayişçilərin azadlığa buraxılması üçün günün sonunadək vaxt verdiklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR