Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Yaşar Büyükanıt vəfat edib

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Yaşar Büyükanıt vəfat edib
  • Clock-gray 10:00
  • calendar-gray 21 Noyabr 2019

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, istefada olan ordu generalı Yaşar Büyükanıt vəfat edib.

APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, uzun zamandır, xəstəlikdən əziyyət çəkən  1940-cı il təvəllüdlü Y. Büyükanıt bu gün səhər saatlarında evində ölüb.

Qeyd edək ki, o, 2006-cı ildə Baş Qərargah rəisi olub, 2008-ci ildə istefaya göndərilib. 

Səhhətindəki problemlə əlaqədar 4 gün əvvəl vəfat edən həyat yoldaşı Filiz Büyükanıtın dəfn mərasimində iştirak edə bilməyib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date