Ukrayna parlamenti xarici işlər nazirinin istefasını qəbul etməyib

Ukrayna parlamenti xarici işlər nazirinin istefasını qəbul etməyib
# 06 iyun 2019 14:28 (UTC +04:00)

Ukrayna parlamenti ölkənin xarici işlər naziri Pavel Klimkinin istefasını qəbul etməyib.

APA TASS-a istinadən xəbər verir ki, P.Klimkin yeni prezident Vladimir Zelenski səlahiyyətlərinin icrasına başlayandan sonra istefa verib və parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.

Qeyd edək ki, Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR