Ukraynanın IX çağırış Ali Radasının ilk iclası avqustda keçiriləcək

Ukraynanın IX çağırış Ali Radasının ilk iclası avqustda keçiriləcək
# 09 avqust 2019 17:47 (UTC +04:00)

Ukraynanın 9-cu çağırış Ali Radasının ilk iclası avqustun 29-da keçiriləcək.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə qərar bu gün parlamentdə hazırlıq qrupunun ilk iclasında qəbul edilib.

“Biz prosesi ləngitməmək, parlamentin mümkün qədər tez fəaliyyətə başlaması və yeni çağırışın öz fəaliyyətində nə qədər effektiv olduğunu nümayiş etdirmək məqsədilə Ali Radanın birinci sessiyasının avqustun 29-da keçirilməsini təklif edirik”, - “Xalqın xidmətçisi” partiyasının sədri Dmitri Razumkov bildirib.

Qeyd edək ki, iyulun 21-də Ukraynada parlament seçkiləri keçirilib. Ukrayna Prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası 43,16 faiz səslə qalib gəlib. Daha 4 partiya - “Həyat uğrunda - müxalifət platforması” (13,05 faiz), “Batkivşina” (8,18 faiz), “Avropa Həmrəyliyi” (8,10 faiz) və “Səs” (5,82 faiz) Ukrayna parlamentində təmsil olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR