Yunkerlə Conson arasında "Brexit" mövzusunda telefon danışığı olub

Yunkerlə Conson arasında "Brexit" mövzusunda telefon danışığı olub
# 17 oktyabr 2019 13:50 (UTC +04:00)

Avropa Komissiyasının sədri Jan Klod Yunker və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı artıq 3 gündür ki, Brüsseldə davam edən məsləhətləşmələrin aktivləşdirilməsi məsələsi müzakirə olunub. Günün ikinci yarısında Brüsseldə Aİ-nın Britaniyanın gələcək taleyi ilə bağlı sammiti keçiriləcək.

“Avropa Komissiyasının sədri Yunker Baş nazir Consonla danışıqlar apardı. Bizə Böyük Britaniya ilə saziş lazımdır”, - deyə Avropa Komissiyasının məlumatında bildirilir.

Qeyd edək ki, sammitdən əvvəl danışıqların son raundu artıq iki gündür davam edir və bu gün yekunlaşacaq. Mənbələrin məlumatına görə, əsas məsələlər üzrə razılıq əldə olunsa da, hələlik son nəticə yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR