Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsinə təyinat olub

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsinə təyinat olub
# 03 oktyabr 2019 16:29 (UTC +04:00)

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsinə təyinat olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ukrayna Prezidenti Vladimir Zelenskinin imzaladığı sərəncama əsasən bu vəzifəyə Aleksey Danilov təyin edilib.

Qeyd edək ki, A. Danilov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl V. Zelenski Aleksandr Danilyuku Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR