Ankara Prokurorluğu TRT-nin baş müdiri haqqında təhqiqata başlayıb

Ankara Prokurorluğu TRT-nin baş müdiri haqqında təhqiqata başlayıb
# 22 yanvar 2009 12:12 (UTC +04:00)
Ankara – APA. Ankara Cümhuriyyət Baş Prokurorluğu Türkiyə Radio Televiziya Qurumunun (TRT) baş müdiri İbrahim Şahin haqqında təhqiqata başlayıb. APA-nın “Anadolu” agentliyinə istinadən yaydığı məlumata görə, prokurorluq 8 ildir axtarışda olan və hazırda Kanadada yaşayan Tuncay Güney adlı şəxsi canlı efirə çıxarılaraq “Büyüteç” (lupa) proqramında “Ergenekon” məsələsi haqqında 4 saat danışdırılması ilə əlaqədar TRT-nin rəhbəri İbrahim Şahinlə yanaşı, verilişin tərtibçisi və aparıcısı haqqında təhqiqat aparılmasına qərar verib. Prokurorluq Teleradio Şurasına (RTÜK) məktub göndərərək T. Güneyin TRT-dəki çıxışının videoyazısını istəyib. Təhqiqat çərçivəsində İ. Şahin ifadə verməyə çağırıla bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR