Professor Yalçın Kiçik azadlığa buraxılıb

Professor Yalçın Kiçik azadlığa buraxılıb
# 22 yanvar 2009 15:57 (UTC +04:00)
İstanbul – APA. Yanvarın 7-də “Ergenekon” əməliyyatının 10-cu dalğasında həbs edilmiş professor Yalçın Kiçik və “Müstəqil Türkiyə” Hərəkatının sədr müavini Engin Aydın azadlığa buraxılıb. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, məhkəmə vəkillərin vəsatətini təmin edərək hər iki şəxs haqqında həbs-qətimkan tədbirini dəyişib.

Qeyd edək ki, professor Yalçın Kiçik Türkiyədə universal və qeyri-adi şəxsiyyət kimi tanınır. Gənclik illərində siyasətlə məşğul olan və sosialist dünyagörüşünə malik Y. Kiçik yazıçı, tarixçi, sosioloq və jurnalistdir. O, çoxlu sayda kitabın müəllifidir və Türkiyənin indiki hökumətinə qarşı kəskin müxalifət mövqeyində dayanır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR