Avropa Birliyinin enerji komissarı: “Bu il “Nabucco”nun reallaşıb-reallaşmayacağı sualına qəti cavab veriləcək”

Avropa Birliyinin enerji komissarı: “Bu il “Nabucco”nun reallaşıb-reallaşmayacağı sualına qəti cavab veriləcək”
# 27 yanvar 2009 16:59 (UTC +04:00)
APA-nın “Nabucco” sammitinin işini işıqlandıran müxbirinin məlumatına görə, 2009-cu ilin layihənin taleyi baxımından önəmli olduğunu deyən A. Piebalqs bildirib ki, “Nabucco”nun reallaşıb-reallaşmayacağı sualına məhz bu il qəti cavab veriləcək. O, bu ilin ilk yarısında layihə iştirakçısı olan ölkələr – Türkiyə, Avstriya, Rumıniya, Bolqarıstan, Almaniya və Macarıstanın Türkiyədə hökumətlərarası saziş imzalayacaqlarını açıqlayıb: “Saziş onların layihənin reallaşması istiqamətində siyasi iradəsini nümayiş etdirən sənəd olacaq”. A. Piebalqs layihənin təkcə iqtisadi deyil, həm də siyasi xarakterli olduğunu və Avropa Birliyinin layihənin həyata keçirilməsi üçün maliyyə vəsaiti tapmasını zəruriliyini vurğulayıb: “Çünki bu, Avropanın enerji təhlükəsizliyi ilə bağlı olan siyasi və strateji məsələdir”.

Çexiyanın baş naziri Mirek Topolanek isə mayın 7-də Praqada keçiriləcək sammitdə “Nabucco” ilə bağlı hökumətlərarası saziş imzalanacağını və bunun da layihənin reallaşması istiqamətində növbəti mühüm addım olacağını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR