Türkiyədə hərbçiləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 10 əsgər yaralanıb

Türkiyədə hərbçiləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 10 əsgər yaralanıb
# 29 yanvar 2009 16:08 (UTC +04:00)
İstanbul-APA. Gülhanə Hərbi Tibb Akademiyasının Maltəpədə yerləşən Kənan Evrən kazarmasına əsgərləri aparan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində avtobusda olan 30 əsgərdən 10 nəfəri müxtəlif dərəcədə xəsarət alıb. Yaralanmış əsgərlər Gülhanə Hərbi Tibb Akademiyasına çatdırılıb. Onlar ilkin tibbi yardımdan sonra hərbi xidmət keçdikləri əraziyə göndəriliblər. Qəzanın səbəbkarı olan avtobusun sürücüsü pols tərəfindən saxlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR