Qondarma “erməni soyqırımı” ilə bağlı layihənin ABŞ Konqresində müzakirəsini əngəlləmək üçün TBMM nümayəndə heyəti Vaşinqtona gedib

Qondarma “erməni soyqırımı” ilə bağlı layihənin ABŞ Konqresində müzakirəsini əngəlləmək üçün TBMM nümayəndə heyəti Vaşinqtona gedib
# 02 mart 2009 14:02 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. “Erməni soyqırımı” böhtanı ilə bağlı qərar layihəsinin ABŞ Konqresində müzakirəyə çıxarılmasını əngəlləmək üçün Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Vaşinqtona gedib. APA-nın Türkiyə bürosunun məlumata görə, 4 nəfərlik nümayəndə heyətinə AKP sədrinin xarici məsələlər üzrə müavini, Çankırı millət vəkili Suat Kınıklıoğlu başçılıq edir. Heyətə TBMM xarici əlaqələr komissiyasının sədri, AKP Eskişehir millət vəkili Murat Mərcan, parlamentin 85 yaşlı üzvü, CXP İstanbul millət vəkili Şükrü Ələkdağ və MHP İstanbul millət vəkili Mithah Melen daxildirlər.

Konqresdə görüşlər keçirəcək TBMM nümayəndə heyətinin səfəri bir həftə davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR