Rumıniya Moldova hakimiyyətinin ittihamlarına sərt cavab verib

Rumıniya Moldova hakimiyyətinin ittihamlarına sərt cavab verib
# 16 aprel 2009 08:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rumıniya Moldovada baş verən hadisələrdə əlinin olmasına dair iddiaları rədd edir. Rumıniyanın Azərbaycandakı səfirliyindən APA-ya daxil olan məlumatda deyilir ki, Buxarest bu ittihamları Rumıniya dövlətinə qarşı provokasiya kimi qiymətləndirir: “Kişinyov rəsmilərinin Moldovanın daxili problemlərinə dair məsuliyyəti Rumıniya və rumın vətəndaşlarının üzərinə qoyması qəbuledilməzdir”. Rumıniya XİN ölkənin Moldovadakı səfirinin “persona non qrata” elan edilməsinə, rumın vətəndaşlarının əleyhinə alçaldıcı diskriminasiya tədbirlərinin görülməsinə, Rumıniya vətəndaşları üçün viza rejiminin tətbiq olunmasını kəskin etirazını bildirərək bunun Moldova ilə Avropa Birliyi arasında imzalanmış sazişin maddələrinə zidd olduğunu bəyan edib: “Rumıniya Kişinyovdakı vəziyyətə dair Avropa Birliyinin ifadə edilmiş mövqeyini dəstəkləyir. Rumıniya Moldovanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib və dəstəkləməyə davam edir. Rumıniya rəhbərliyi Kişinyovdakı kommunist rəsmilərin antirumın siyasətinə baxmayaraq, qonşu dövlətlə əlaqələrində Avropa yanaşmasını davam etdirəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR