Nyu-York - İstanbul təyyarəsi Londona məcburi eniş edib

Nyu-York - İstanbul təyyarəsi Londona məcburi eniş edib
# 16 aprel 2009 10:10 (UTC +04:00)
İstanbul – APA. Nyu-York - İstanbul reysi ilə uçan Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi Londona məcburi eniş edib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, içində 185 sərnişin və 18 ekipaj üzvünün olduğu “Diyarbəkir” adlı “Airbus A-340” tipli təyyarə Böyük Britaniya hava məkanına daxil olduqdan sonra texniki nasazlıqla üzləşib. Londona məcburi eniş edən təyyarədəki nasazlıq qısa müddətdə aradan qaldırılıb. Təyyarə İstanbula problemsiz qayıdıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR