Venesuelada təyyarə qəzaya uğrayıb

Venesuelada təyyarə qəzaya uğrayıb
# 18 aprel 2009 09:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA. Bu gün səhər saatları radələrində Venesuelanın cənub-qərbində kiçik təyyarə qəzaya uğrayıb. Ölən və yaralananlar var. APA-nın məlumatına görə, İngiltərə turistlərindən ibarət olan sərnişin təyyarəsi səhər saatlarında Venesuelanın Kanaima milli parkının yanında yerləşən uçuş zolağından 8 km məsafədə qəzaya uğrayıb. Nəticədə 6 yaşında uşaq həlak olub, pilot və 6 turist isə ağır yaralanıb. Yaralılar yaxınlıqda olan hospitallara yerləşdirilib. Zərər çəkənlərdən 3 nəfərinin vəziyyəti ağırdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR