Diyarbəkirdə PKK terror təşkilatına qarşı əməliyyatda həbs olunanların sayı 51 nəfərə çatıb

Diyarbəkirdə PKK terror təşkilatına qarşı əməliyyatda həbs olunanların sayı 51 nəfərə çatıb
# 18 aprel 2009 11:24 (UTC +04:00)
Diyarbəkir-APA. Diyarbəkirdə PKK terror təşkilatına qarşı keçirilən əməliyyat çərçivəsində daha 27 nəfər həbs olub. APA-nın məlumatına görə, həbs olunanlar arasında Demokratik Toplum Partiyasının sədrinin müavinləri Kamuran Yüksek, Bayram Altın, Selma İrmak və PKK lideri Abdullah Öcalanın vəkilləri də var. Məhkəmə bu şəxslərə qarşı terror təşkilatının rəhbərliyində təmsil olunmaq və qeyri-qanuni təşkilatın üzvü olmaq ittihamlarını qanuni sayaraq onların həbsinə qərar verib. Bununla da Diyarbəkirdə PKK terror təşkilatı əleyhinə keçirilən əməliyyatda həbs olunanların sayı 51 nəfərə çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR