Avropa Şurasının baş katibi postuna əsas namizədlər müəyyənləşib

Avropa Şurasının baş katibi postuna əsas namizədlər müəyyənləşib
# 23 aprel 2009 17:04 (UTC +04:00)
İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos ölkəsinin quruma sədrlik etdiyi 6 ay ərzində görülən işlər haqqında hesabat verəcək. Sloveniyanın xarici işlər naziri Samuel Zboqar isə ölkəsinin sədrliyi dövründə prioritet fəaliyyət istiqamətlərini açıqlayacaq. Toplantıda Avropa Şurasına baş katib seçkisi ilə bağlı yekun səsvermə də keçiriləcək.

Diplomatik mənbələrdən APA-ya bəlli olub ki, AŞ daimi nümayəndələrinin aprelin 22-23-də keçirilən toplantısında baş katibliyə 4 nəfərin - Norveçin sabiq baş naziri Torbyorn Yaqland, Polşanın sabiq baş naziri Vlodzimej Çimoşeviç, belçikalı parlamentar Luk van den Brand və macarıstanlı parlamentar Matias Yorşun namizədlikləri müzakirə olunub. Keçirilən səsvermənin nəticələrinə əsasən, ən çox səsi T. Yaqland (34) və V. Çimoşeviç (32) toplayıblar. L. Van den Brend 20, M. Yorş isə cəmi 4 səs alıb. Beləliklə, Madrid toplantısında T. Yaqland və V. Çimoşeviçin namizədlikləri səsə qoyulacaq. Seçiləcək namizəd iyunun 23-də - Avropa Şurası Parlament Assambleyasının yay sessiyası zamanı təsdiqlənəcək.

Yeni baş katib sentyabr ayından fəaliyyətə başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR