Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi “Ergenekon” məsələsi ilə bağlı ifadə verib

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi “Ergenekon” məsələsi ilə bağlı ifadə verib
# 27 aprel 2009 08:09 (UTC +04:00)
Ankara – APA. Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Hilmi Özkök “Ergenekon” məsələsi ilə bağlı prokurorlara ifadə verib. APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, prokurorlar H. Özkökdən ifadə almaq üçün istefada olan ordu generalının yaşadığı İzmir şəhərinə gediblər. Prokurorlar Zəkəriyyə Öz və Fikrət Seçən İzmir ədliyyə binasında H. Özkökdən 8 saat ifadə alıblar. Şahid qismində ifadə verən keçmiş komandana ünvanlanan suallar və onun cavabları barədə mətbuata məlumat verilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR