Türkiyənin Van vilayətində İrandan gələn sərnişin avtobusuna silahlı basqın olub

Türkiyənin Van vilayətində İrandan gələn sərnişin avtobusuna silahlı basqın olub
# 15 noyabr 2011 09:39 (UTC +04:00)
APA-nın İran KİV-nə istinadən verdiyi məlumata görə, hadisə Vanın Erciş bölgəsində baş verib. Hadisə zamanı 6 iranlı sərnişin yaralanıb.

Türkiyə hüquq-mühafizə orqanlarından bildirilib ki, Erciş rayonun Çelebibağı ərazisi yaxınlığında dövlət nömrə nişanı bəlli olmayan yük maşını İrandan gələn avtobusu saxlamağa çalışıb. Avtobusun dayanmadığını görən silahlılar atəş açmağa başlayıblar. Nəticədə 6 iranlı yaralanıb. Xəsarət alanların ikisi Adilcevaz Dövlət Xəstəxanasına, digər yaralılar isə bölgədəki xəstəxanalara yerləşdiriliblər.

Silahlı hücumun kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR