Abdulla Öcalanın PKK üzvlərinə göndərdiyi əmrlər aşkarlanıb

Abdulla Öcalanın PKK üzvlərinə göndərdiyi əmrlər aşkarlanıb
# 26 noyabr 2011 11:39 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu il iyulun 27-də yazılan, 10 səhifədən ibarət məktubda terror təşkilatının passivlikdən çıxıb, aktiv əməliyyatlara başlaması əmr edilir.

Məlumata görə, məktub PKK terrorçularına qarşı Siirtdə keçirilən əməliyyat zamanı
öldürülən təşkilatın Botan əyalət nümayəndəsi, kod adı “Zerdeşt” olan Ali Gezerin üstündə tapılıb. PKK-çıların məhz bu məktuba əsasən əməliyyata başladığı bildirilir.

PKK lideri məktubu vəkilləri vasitəsilə həbsxanadan çıxarıb. Məktubun vəkillərə iyulun 27-də verildiyi qeyd olunub. Məktubda PKK və KCK-nı idarə edənlərə ünvanlanan təlimatlar yer alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR