Avropa Birliyi Suriyaya qarşı sanksiyalar tətbiq edib

Avropa Birliyi Suriyaya qarşı sanksiyalar tətbiq edib
# 28 noyabr 2011 17:38 (UTC +04:00)
Bakı – APA. Avropa Birliyinə daxil olan ölkələr Suriyaya qarşı əlavə sanksiyalar tətbiq etmək qərarına gəliblər. Bu barədə APA Reuters-ə istinadən məlumat verir.

Yeni sanksiyalar əsasən maliyyə sahəsini əhatə edir: Suriya ilə ticarətin maliyyələşdirilməsinə, Suriya hökumətinə borc verilməsinə, Suriya borc öhdəlikləri ilə ticarətə qadağanlar qoyulur. Həmçinin Suriya banklarına Avropa Birliyinin ərazisində filiallara malik olmaq, öz vəsaitlərini Avropa banklarına qoymaq qadağan olunur.

Bundan əlavə avropalılar daha 12 suriyalı rəsminin Avropaya girişini qadağın edərək aktivlərini dondurublar.

Dünən Ərəb Dövlətləri Liqası da Suriyaya qarşı sanksiyalar tətbiq etmişdi.

Avropa Birliyi və Ərəb Dövlətləri Liqası Dəməşqdən zorakılığa son qoymağı və demokratik islahatlar keçirməyi tələb edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR