Norveçli terrorçu Anders Breyvikin ruhi xəstə olduğu açıqlanıb

Norveçli terrorçu Anders Breyvikin ruhi xəstə olduğu açıqlanıb
# 29 noyabr 2011 14:09 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Norveçli terrorçu Anders Breyvik üzərində tibb ekspertiza aparan ekspertlər onun ruhi xəstə olduğunu bildiriblər. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, A. Breyvikin terror zamanı davranışları və mütəxəssislərlə sonrakı söhbətlər əsasında bu qənaətə gəlinib.

Aparılan psixi ekspertizanın nəticələri məhkəməyə təqdim olunub. Məhkəmə tərəfindən ekspertizanın nəticələri təsdiqlənərsə, A. Breyviki həbsə məhkum etmək mümkün olmayacaq və qatil məcburi müalicəyə göndəriləcək.

Qeyd edək ki, A. Breyvik 2011-ci il iyulun 22-də Norveçdə 2 terror aktı törədib. O, əvvəlcə Oslodakı hökumət məhəlləsində partlayış törədib, daha sonra Norveç İşçi Partiyasının Utoyu adasında təşkil etdiyi gənclik düşərgəsinə yollanıb. A. Breyvik düşərgədə 69 nəfəri qətlə yetirib. İki terror aktında ümumilikdə 77 nəfər həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR