İstanbulun Topqapı Sarayında silahlı insident törədən şəxsin kimliyi müəyyənləşdirilib

İstanbulun Topqapı Sarayında silahlı insident törədən şəxsin kimliyi müəyyənləşdirilib
# 30 noyabr 2011 11:49 (UTC +04:00)
Bakı – APA. İstanbulun Topqapı Sarayı Muzeyində silahlı insident törədən şəxsin kimliyi müəyyənləşdirilib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Türkiyənin daxili işlər naziri İdris Naim Şahin həmin şəxsin 1975-ci il təvəllüdlü Liviya vətəndaşı olduğunu və noyabrın 27-də Türkiyəyə gəldiyini bildirib. Adı açıqlanmayan terrorçu hadisə yerinə Suriya nömrə nişanlı avtomobillə gedib.

Xatırladaq ki, bu gün səhər saatlarında Topqapıya yaxınlaşan naməlum şəxs əlindəki tüfənglə muzeyin mühafizə xidmətində çalışan əsgər və polislərə atış açıb. Nəticədə 1 əsgər və 1 polis yaralanıb. Şahidlər onun ərəbcə “Mən suriyalıyam” və “Allahu əkbər” deyə qışqırdığını bildiriblər. Polislərlə terrorçu arasında atışma 1 saat davam edib. Terrorçu öldürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR