Avropada yeni dəhşətli virus yayılıb

Avropada yeni dəhşətli virus yayılıb
# 01 dekabr 2011 16:13 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA. Avstriya paytaxtında ağır bağırsaq infeksiyası nəticəsində ölümlərə səbəb olan bağırsaq çöpü (EHEC) bakteriyası yenidən aşkar edilib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, EHEC virusunun Vyananın Ottakring məhəlləsində “Interspar” adlı ərzaq mağazaları şəbəkəsinin satış obyektlərində donuz ətindən hazırlanan salalarda və qurudulmuş donuz ətində təsbit edildiyi açıqlanıb.

Avstriya Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, “Loidl” adlı firmanın donuz ətindən hazırladığı bütün məhsullar toplanaraq satışdan çıxarılıb.

Qeyd edək ki, Avstriyada 16-sı ağır olmaqla 88 adamda EHEC virusu müəyyən olunub, 2 nəfər isə ölüb. Almaniyada virusun yayılmağa başladığı gündən bu vaxta qədər 9 min adam bu xəstəliyə tutulub.

“Escherichia coli” (bağırsaq çöpü) adlanan bakteriya xüsusilə böyrəyi funksiyasız hala gətirir. İnfeksiya heyvanlarla birbaşa təmasdan, bakteriyalı yeməklərdən və pasterizə edilməmiş süd ilə yoluxur. Bağırsaq infeksiyası xəstəliyinin simptomları zəiflik, tərləmə və qanlı ishal hallarıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR