“Gürcü arzusu”nun mətbuat katibi: “Gürcüstanda Azərbaycan investisiyası daha da artacaq”

“Gürcü arzusu”nun mətbuat katibi: “Gürcüstanda Azərbaycan investisiyası daha da artacaq”
# 05 oktyabr 2012 13:13 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri “Gürcü arzusu” blokunun mətbuat mərkəzinin rəhbəri Maya Pançkidze deyib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın strateji və iqtisadi tərəfdaşıdır: “Azərbaycan bizim ölkədə çox işlər görüb. Sözsüz ki, bundan sonra da Gürcüstana yatırılan Azərbaycan investisiyası daha da çoxalacaq. Biz buna çox sevinirik”.

M.Pançkidze təsdiq olunacaq yeni parlamentin Kutaisidə fəaliyyət göstərəcəyini də bildirib: “Bu, Gürcüstan Konstitusiyasında yazılıb. Biz istəsək də, bu maddədən kənara çıxa bilmərik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR