4 ölkə Ukraynaya artilleriya silahları verməyi planlaşdırır

Zuzana-2

© APA | Zuzana-2

# 02 oktyabr 2022 20:19 (UTC +04:00)

Almaniya, Danimarka, Norveç və Fransa Ukraynaya 16 özüyeriyən artilleriya qurğusu verməyi planlaşdırır.

APA-nın “France-Presse”ə istinadla xəbərinə görə, bu barədə Almaniya hökumətindəki mənbə məlumat verib.

Almaniya, Danimarka və Norveç Ukrayna ordusu üçün Slovakiya istehsalı olan “Zuzana-2” toplarını tədarük edəcəklər. Layihənin dəyəri 92 milyon avrodur. Çatdırılma 2023-cü ilə nəzərdə tutulub.

Fransa isə Kiyev üçün 6 ədəd “Caesar” haubitsası tədarük etməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR