ABŞ Rusiya ilə danışıqları uğursuz hesab etmir

Linda-Tomas Qrinfild

© APA | Linda-Tomas Qrinfild

# 18 yanvar 2022 21:43 (UTC +04:00)

ABŞ Rusiya ilə təhlükəsizlik sahəsində danışıqların uğursuz başa çatdığını düşünmür.

APA-nın xəbərinə görə, bunu “The Washington Post”a müsahibəsində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda-Tomas Qrinfild bildirib.

“Hesab etmirəm ki, danışıqlar uğursuz olub. Biz Rusiya ilə işləməyə davam edirik. Gördüyünüz kimi, bu səhər Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında danışıq olub. Biz Rusiya ilə danışırıq, eyni zamanda onun hərəkətlərini də izləyirik”, - deyə diplomat əlavə edib.

Diplomatın sözlərinə görə, ABŞ özünün NATO-dakı müttəfiqləri ilə Ukrayna ətrafında vəziyyətin eskalasiyası zamanı mümkün davranışları müzakirə edib: “Əgər Rusiya Ukraynaya hücum edərsə, bu BMT-nin Nizamnaməsinə qarşı hücum olacaq. Biz Təhlükəsizlik Şurasının xətti ilə hərəkət edəcəyik. Artıq bu barədə Nyu-Yorkda müttəfiqlərlə müzakirələr aparmışıq”, - deyə amerikalı diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR