Adnan Oktarın məhkəməsi başlayır

Adnan Oktarın məhkəməsi başlayır
  • Clock-gray 11:55
  • calendar-gray 16 Sentyabr 2019

Sentyabrın 17-də Türkiyədə “Adnan Oktar mütəşəkkil cinayətkar dəstəsi”nin başçısı, “A9” televiziya kanalının sahibi Adnan Oktarın (Harun Yəhya) cinayət işi üzrə məhkəmə prosesi başlayacaq.

APA-nın xəbərinə görə, Cinayət Məcəlləsinin cinayətkar dəstə yaratmaq, cinsi istismara məruz qoymaq, cinsi zorakılıq, insan alveri və başqa maddələri ilə ittiham olunan Adnan Oktar və daha 225 nəfər hakim qarşısına çıxacaq. Məhkəmənin noyabradək davam edəcəyi gözlənilir.

Qeyd edək ki, eyni zamanda dini təriqət lideri olan Adnan Oktar sahibi olduğu kanalda “Kedicik” adlandırdığı qadınlarla birgə proqram aparıb.

Gülşən Hacıyeva

Digər xəbərlər

Arxiv

date