AEBA-nın direktoru Zaporojye AES-ə səfərini istisna etməyib

AEBA-nın direktoru Zaporojye AES-ə səfərini istisna etməyib
# 05 oktyabr 2022 12:58 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossinin Ukraynanın Enerqodar şəhərində yerləşən Zaporojye AES-ə növbəti səfəri istisna olunmur.

APA TASS-a istinadən xəbər verir ki, bunu AEBA baş direktoru Ermənistana səfəri zamanı deyib.

Kiyevə səfərə yola düşən Qrossi oradan yenidən Zaporojye AES-ə gedə biləcəyini söyləyib.

Zaporojye AES ətrafında təhlükəsiz zonanın yaradılması barədə fikir bildirən Qrossi deyib:

“Kiyevdə keçiriləcək görüşlərdə Zaporojye AES ətrafında təhlükəsiz zonanın yaradılması üçün danışıqları davam etdirmək niyyətindəyəm”.

Qrossi həmçinin nüvə müharibəsinin mümkünsüz olduğunu də vurğulayıb.

Xatırladaq ki, Rusiyanın “Rosenerqoatom” konserninin baş direktorunun məsləhətçisi Renat Karça Zaporojye AES-in personalının və Rusiya tərəfinin Qrossinin səfərinə hazır olduğunu bəyan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR