AEBA Ukraynadakı heyətinin sayını artırır

AEBA Ukraynadakı heyətinin sayını artırır
# 16 yanvar 2023 11:00 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Ukraynadakı heyətinin sayını artırır.

APA xəbər verir ki, bu barədə AEBA-nın Baş direktoru Rafael Qrossi "Twitter" hesabında məlumat verib.

"AEBA təşkilatı davam edən münaqişə kontekstində nüvə qəzasının qarşısını almaq üçün Ukraynadakı mövcudluğunu genişləndirir. Nüvə təhlükəsizliyinə yardım göstərmək üçün ölkənin bütün AES-lərində yerləşdirdiyimiz bu missiyaya rəhbərlik etməkdən qürur duyuram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR