AEBA Zaporojye AES ətrafında mühafizə zonası ilə bağlı danışıqlara başlayıb

AEBA Zaporojye AES ətrafında mühafizə zonası ilə bağlı danışıqlara başlayıb
# 26 sentyabr 2022 13:13 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Rusiya və Ukrayna ilə Zaporojye AES ətrafında mühafizə zonasının yaradılması ilə bağlı danışıqlara başlayıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə təşkilatın direktoru Rafael Qrossi AEBA-ya üzv ölkələrinin iclasında deyib.

“Bunu reallaşdırmaqla bağlı plan masadadır. Ötən həftə mənim Ukrayna və Rusiya ilə müzakirələrə başlamaq imkanım oldu. Bu müzakirələri bu həftə də hər iki ölkə ilə keçirməyə hazıram”, - Qrossi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR