Aİ Ukrayna Milli Bankına 500 milyon avro köçürüb

Aİ Ukrayna Milli Bankına 500 milyon avro köçürüb
# 01 avqust 2022 16:55 (UTC +04:00)

Avropa İttifaqı Ukrayna Milli Bankının hesabına 500 milyon avro yardım köçürüb.

APA xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal "Telegram"da bildirib.

“Avropa İttifaqı Ukraynaya 1 milyard avro dəyərində yardım ayırıb. Artıq yardımın 500 milyon avroluq ilk tranşı Ukrayna Milli Bankının hesabına köçürülüb”, - o deyib.

Aİ ilin sonuna qədər Ukraynaya 9 milyard avro dəyərində kredit ayırmağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR