Aİ vətəndaşları blokun Rusiyaya qarşı sanksiyalarını dəstəkləyir - SORĞU

Aİ vətəndaşları blokun Rusiyaya qarşı sanksiyalarını dəstəkləyir - SORĞU
# 06 sentyabr 2022 17:46 (UTC +04:00)

Avropa İttifaqına (Aİ) üzv ölkələrin vətəndaşları blokun Rusiyaya qarşı sanksiyalarını dəstəkləyir.

APA xəbər verir ki, bu, 2022-ci ilin Avrobarometer sorğusunun nəticələrində öz əksini tapıb.

Sorğunun nəticəsinə görə, Aİ vətəndaşları Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Aİ-nin addımlarını dəstəklədiklərini təsdiqləyiblər.

Avropalıların 78%-i Aİ-nin Rusiya hökumətinə, şirkətlərinə və fiziki şəxslərə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları dəstəkləyir. Müsahiblərin təxminən on nəfərdən yeddisi (68%) Ukraynaya hərbi texnikanın tədarükü və çatdırılmasının maliyyələşdirilməsinin tərəfdarıdır. Respondentlərin əksəriyyəti həm Aİ-nin (57%), həm də onların milli hökumətlərinin (55%) cavabından razı olduğunu bildirib.

Respondentlərin 92%-i Ukraynaya humanitar yardımı dəstəklədiyin bildirib, 90% isə müharibədən qaçan ukraynalılarla bağlı Aİ-nin siyasətini təqdir edib.

Qeyd edək ki, “Yay 2022 – Standart Avrobarometr" 17 iyun - 17 iyul tarixləri arasında üzbəüz və onlayn müsahibələr vasitəsilə aparılıb. 27 üzv dövlətdən 26 468 Aİ vətəndaşı ilə müsahibə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR