Akar: “Taxıl daşınması sazişi”nə əsasən hərəkət edəcək gəmilər İstanbul boğazlarında yoxlanılacaq

Hulusi Akar

© APA | Hulusi Akar

# 22 iyul 2022 20:01 (UTC +04:00)

Türkiyə “Taxıl daşınması sazişi”nə əsasən hərəkət edəcək ticarət gəmilərini İstanbul boğazlarına giriş və çıxış zaman yoxlayacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar “CNN Türk”ə müsahibəsində deyib.

O qeyd edib ki, bu, həm İstanbulda qurulacaq koordinasiya mərkəzinin vasitəsi ilə, həm də Türkiyənin suveren haqlarına əsasən həyata keçiriləcək.

Akarın sözlərinə görə, bu razılaşma dünyada cərəyan edən qida böhranının bitməsinə yardım edəcək.

Nazir ölkəsinin Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə olunması üçün göstərdiyi səyləri də xatırladıb.

Taxıl Ukraynanın üç limanından daşınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR