Akar: “Yunanıstan təxribatlarını davam etdirir”

Hulusi Akar

© APA | Hulusi Akar

# 02 may 2022 13:28 (UTC +04:00)

Yunanıstan Egey və Aralıq dənizlərində təxribat xarakterli hərəkət və ritorikasını inadla davam etdirir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, Türkiyənin problemləri dialoq yolu ilə həll etmək niyyəti zəiflik deyil.

“Biz özümüzün və kiprli qardaşlarımızın haqlarını tapdalamağa icazə verməyəcəyik. Yunanıstan hər dəfə bəzi təşəbbüslərlə, o cümlədən beynəlxalq təlimlərlə ölkəmizə qarşı addımlar atır, biz buna heç vaxt icazə verməyəcəyik", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR