Türkiyə və Suriya xarici işlər nazirlərinin görüşü üçün hazırlıq işləri davam edir.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Rusiyanın vasitəçiliyi Türkiyə Prezidenti tərəfindən yüksək qiymətləndirilib. Çelik, müdafiə nazirlərinin ikinci görüşünün harada və nə vaxt keçiriləcəyinin bəlli olmadığını əlavə edib.