Almaniya Ukraynaya "RCH-155" haubitsalarının çatdırılmasına razılıq verib

RCH-155

© APA | RCH-155

# 18 sentyabr 2022 06:47 (UTC +04:00)

Almaniya hökuməti Ukraynaya “RCH-155” haubitsalarının çatdırılmasına razılıq verib.

APA-nın xəbərinə görə, bu barədə “Welt am Sonntag” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, hökumət Ukrayna SQ üçün 216 milyon avro dəyərində 18 ədəd RCH-155 haubitsalarının çatdırılmasına razılıq verib.

Kiyev bu silahları “Krauss-Maffei Wegmann” (KMW) şirkətindən almağı planlaşdırır. Alman mətbuatının məlumatına görə, şirkət bu silahı yalnız hökumətdən razılıq aldıqdan sonra istehsal etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR