Almaniyada Avropolun adından kütləvi dələduzluq edilib

Almaniyada Avropolun adından kütləvi dələduzluq edilib
# 16 iyul 2022 07:20 (UTC +04:00)

Almaniyanın Bavariya əyalətində Avropa polis təşkilatı - Avropolun adından istifadə edənlər vətəndaşların 2,5 milyon avro pulunu mənimsəyib.

APA-nın xəbərinə görə, bu barədə Bavariya prokurorluğu məlumat yayıb.

Hüquq-mühafizə orqanları dələduzların iş mexanizmi barədə də məlumat verib. Bildirilir ki, dələduzlar ixtiyari nömrəyə zəng edərək özlərini Avropolun əməkdaşı kimi təqdim edir və şəxsin bank hesabına müdaxilə edildiyini bildirirlər. Bundan sonra onlar tora saldıqları şəxsə hansısa proqramı yükləməyi tövsiyə edirlər.

Zərərli proqram təminatı sayəsində istifadəçinin şəxsi məlumatları və bank hesablarına daxil olan fırıldaqçılar onların hesablarından vəsait götürürlər.

İlin əvvəlindən 22 000 nəfər oxşar şikayətlə polisə müraciət edib. Onların hesablarından 2,5 milyon avrodan çox vəsait çıxarılıb.

Zənglər başqa ölkədən xüsusi qaydada həyata keçirildiyi üçün nömrəni təyin etmək və ya həmin şəxsə təkrar zəng etmək mümkün olmur. Polis zənglərin Hindistan və Pakistandan edildiyi qənaətinə gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR